Aqil Hümbətovu dəlixanada dəli etmək istəyirlər
AXCP fəalı, hazırda Maştağadakı psixiatriya xəstəxanasında saxlanılan Aqil Hümbətovun həyatı təhlükədədir. Bu barədə onun xanımının yaydığı məlumatdan bəlli olur. Belə ki, Aqil Hümbətov bu gün səhər saatlarında xanımı ilə telefon danışığında deyib ki, onu xəstəxanada dəli edə bilərlər. Əgər belə olsa, onu xəstəxanada saxlamasınlar, evə aparıb evdə qulluq etsinlər.
Bundan əvvəl də Aqil Hümbətov ailəsilə telefon danışığında demişdi ki, ona edilən iynə-dərmanın təsirindən özünü yaxşı hiss etmir.