AXCP sədrinin müavini Fuad Qəhrəmanlı
Bu gün Əli Kərimlinim blokadasının 1ayı tamam olur.
Əli Kərilinin təcridi hələ ki, siyasi baxımdan hakimiyyətə zərər verməkdədir:
1) Əvvəllər həftədə bir dəfə efirə çxan Əli Kərimlinin verdiyi müsahibələrin sayı, blokada dövründə bir neçə dəfə artıb. Eyni zamanda dinləyicilərin sayında da yüz minlərlə arım müşahidə olunur.
2) Psixoloji baxımdan qadağan olunan şeyə maraq hər zaman böyük olur. Əli bəyin bu cür kobud formada təcridi, cəmiyyətdə onun personasına marağı daha da artıraraq, rejimdən narazı olan insanlara, hansı lideri seçmək lazımdır mesajını ötürməkdədir.
3) Xalq gördü ki, bir lider kimi məhz xalqın tələblərini səsləndurdiyi üçün o cəzalandırılır və buna görə də cəmiyyətin ən müxtəlif təbəqələri, onunla bağlı həmrəylik ifadə etməkdədir. Bu da Əli Kərimlinin partiya sədrlyindən müxalifət liderinə, müxalifət liderindən isə narazı xalqın lderinə çevrilməsi sürəcinin sürətləndirdi.
4) Bu vəziyyət ABŞ Helsinki Komisiyası rəhbərliyinin AXCP- yə olan represiyaları və Əli Kərimlinin blokadasını kəskin tənqid etməsinə səbəb oldu. Elə bu zəmində də Helsinki komissiyası rəhbərliy, AB tərəfindən Maqnitski aktının qəbulunu sürətləndirmək məqsədi ilə danışıqlara başlamaq üçün, Dövlət Katibi M. Pompeoya müraciət ünvanlayıb.
Beynəlxalq səviyyədə bu istiqamətdə proses hələ davam edəcək .
İndi hakimiyyət 1 ayın nəticələrinə baxıb görsün ki, bu blokadanı davam etdirməyə dəyər ya yox.