Milli Şuranın sədri Cəmil Həsənli
Nardaran məhbusu Abbas Hüseyn aclıq elan edib. Çünki Əliyev həbsxanalarında zülm ərşə dayanıb. Rəsmi məlumtlara görə cəzaçəkmə yerlərində 30 nəfər məhbus Covid virusuna tutulub. Bu çox dəhşətlidir. İnsanlar əlacsız vəziyyətdədir. Qonşu İran və Türkiyədə 100 minin ətrafında olan insan Covid təhlükəsi altında cəzalarının qalan hisəsindən azad edilib evlərinə buraxılsa da Əliyev rejimi bunu etmədi. Cəzaçəkmə yerlərində virusun yayılma təhlükəsi dəhşətli dərəcədə böyükdür. Abbas Hüseyn də buna etiraz edir.
Məhbuslara evlərindən göndərilən sovqaıarının verilməməsinə etirz edir. Verdikləri qida yararlı deyil. Bazar açıblar cəzaçəkmə müəssisələrində. Hər şeyi qiymətindən 5 dəfə baha satırlar məhbuslara. Elə zənn edirlər Əliyevin cəza müəssisələri Hilton Hotel şəbəkələridir. Abbas da belə qanunsuz yollarla məhbusların soyulmasına etiraz edir. Ramazan ayında dindar məhbusları və oruc tutan hər kəsi evlərindən gəlməli lan iftar süfrəsindən məhrum edirlər. Abbas öz aclığı ilə buna etiraz edir, gücü buna çatır, buna görədə karsa salınıb.
Mən Nardaran məhbuslarının məhkəmə prosesində axıra qədər iştirak etmişəm. Abbas təsadüfən sağ qalmışdı. Əgər xatırlayırsınızsa keçmiş DİN naziri Nardaran əməliyyatı zamanı ölənlərin sayın 6 nəfər yox, 7 nəfər göstərmişdi. Bu 7-ci adam Abbas Hüseyn idi. Əməliyyat zamanı həbs edilənləri mebel maışnında polis idarəsinə gətirəndə Fərahim Bünyadov yolda döyülüb öldürülmüşdü. Onun qardaşı Rəfael Bünyadov ssenariləşdirilmiş əməliyat zamanı güllələnmişdi. İlhahiyyətçi Tale Bağırzadənin elə o mebel maşınında belini sındırmağa cəhd etmişdilər və sındığını bilmişdilər. Abbas Hüseyn isə elə vəhşicəsinə döyülmüşdü ki, onun öldü bilib ölənlərin siyahısına salmışdılar. Ona görə Usubov Abbası ölənlərin siyahısına daxil etmişdi. Nardaran əməliyyatında 2 polis olmaqla güllələnən 6 nəfər Azərbaycan vətəndaşının qanı Ramil Usubov və İlham Əliyevin üzərindədir.
Adam Əliyev işgəncələrindən təsadüfən sağ qaldığı üçün olmazın əzabları çəkdi. “Bandotdelin” ət maşınından keçdi. Qaradağ cəza müəssisəsində 42 dərəcə istidə müəssisənin həyətindəki dəmir dirəyə zəncirləndi. Bizim bilmədiyimiz dəhşətli əzablar verildi. Ondan sağ qalmasının qisasını alırlar. Əliyevin cəza kodeksinə görə adam sağ qalmağının hesabını verməlidir.
Abbas Hüseyn siyasi məhbusdur. Bütün beynəlxalq insan hüquqları təşkilatlarının siyahılarında onun adı dini siyasi məhbuslar sırasında keçir. Nardaran işi ilə bağlı həbs edilən hər kəs, Tale Bağırzadə, Abbas Hüseyn başda olmaqla siyasi məhbusdurlar. Allah Oqtay Güləliyevin sağalmasına yardımçı olsun. Milli Şuranın Əlaqələndirmə Mərkəzinin üzvü kimi Nardaran məhbuslarının hüquqlarının müdafiəsində çox iş görmüşdü. Faktlar toplamışdı və sübuta yetirmişdi ki, onlar Əliyev rejiminin ssenariləşdirdiyi bir cinayətin qurbanlarıdırlar, onlara olmazın əzablar verilib, bədənlərinə elektrik cərəyanı buraxılıb, tək vətəndaş hüquqları deyil, dini əqidələri də təhqir edilib. Abbas tək dindar deyil, həm də namuslu, doğru-dürüst bir vətəndaşdır. O, həm vətndaşlıq meyarına, həm saf dini inancına görə çoxlarına nümunə ola bilcək fədakar bir mübarizə adamıdır. Onun müdafiəsi, ona dəstək olmaq bir vicdan məsələsidir.