Seymur Həzi
AŞPA həmməruzəçiləri Əli Kərimlini de-fakto ev dystağı kimi tanıdılar. Bu koronavirus erasında yeni siyasi dövrün başlanğıcıdır Qərb artıq baş verənlərin siyasi deyil həm də hüquqi məsuliyyət daşıdığına eyham vurur. Demək istəyir ki, ortada hüquqpozmadan daha çox siyasi kriminal var. Bəs Aqil Hümbətov? Onun vəziyyəti isə ayrıca təsvir olunur. Və bu insanın Əliyevi tənqid etdiyi üçün pisixoloji müalicəyə məcbur edildiyi bildirilir. Bu hakimiyyətə lazım idimi? İqtidar hansısa həvəskar qurupla birləşib, ölkənin aparıcı müxalifətini sıradan çıxaracağnmı düşünürdü? Belə bir planın olduğu bəlli idi. Amma yerimədiyi də aydın oldu. Həmməruzəçilər bu repressiyaların uzun zamandır davam etməkdə olan təqiblərin davamı olduğunu deyirlər. Hakimiyyəti qurum qarşısındakı öhdəlikləri yerinə yetirməyə çağırırlar. Yəni fundamental azadlıqlar və həqiqi islahatlar yenidən dünya gündəmində.
Bu bəyanatı ABŞ Helsinki kommissiyasının mövqeyinin davamı saya bilərikmi? Əlbəttə, çünki dünya artıq öz gələcəyini simfonik bir harmoniyada görür və kənar notlara bu simfoniyada yer yoxdur.