Daha bir həbsxanadan KOVİD-19 həyacanı
Pentensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində koronovirusa yoluxma hallarının qeydə alınması ilə bağlı azadliq.info-ya məlumat daxil olub. Bir neçə gündür CÇM-də ciddi karantin rejiminin elan olunduğu bildirilir. Hətta, vəkillərin də dustaqlarla görüşünə icazə verilmir. 17 saylı CÇM-də saxlanılan siyasi məhbus “Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıllının 5 gün müddətinə “karser” cəzası ilə cəzalandırılması barədə də məlumat verilib. Onun cəzalandırılmasına səbəb guya maskadan istifadə etməməsi göstərilib. Mənbənin məlumatına görə Elçin İsmayıllı rəhbərliyin vaxtında koronavirusla düzgün mübarizə aparmamasını dediyi üçün cəzalanıb.
İş günün sonu olduğu üçün aidiyyatı qurumlardan münasibət öyrənə bilmədik.
Qeyd edək ki, 17 saylı CÇM-də Elçin İsmayıllıdan başqa Müsəlman Birliyinin üzvü Əhsən Nuruzadə və Gəncə məhbuslarından da bir neçəsi cəza çəkir. Onlar da yerli və Beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınır.