Rüfət Səfərov
Baş prokuror Kamran Əliyevin əmri ilə Azərbaycanda 5 rayonun prokuroru, o cümlədən Xətai rayon prokuroru, 70 yaşlı Yusif İldırımzadə tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.
Məlumat üçün yazım ki, Yusif İldırımzadə sabiq daxili işlər naziri, Təhlükəsizik Şurasının katibi Ramil Usubovun qudası, bir neçə gün əvvəl bağlanan “AmrahBank”ın rəhbəri Yunis İldırımzadənin qardaşı və Cümhuriyyət düşməni Çingiz İldırımın nəvəsidir.
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunun 32.2-ci maddəsinə görə prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır.
Qeyd edirəm ki, Baş prokuror və müavinləri, respublika ixtisaslaşdırılmış prokurorluqlarına rəhbərlik edən prokurorları və Naxçıvan Muxtar Respublikasının prokuroru üçün yaş həddi müəyyən edilmir, misalçün, 100 yaşınadək işləyə bilərlər.
Göstərilən qanunun 32.3-cü maddəsinə əsasən yaş həddinə çatmış digər prokurorluq işçilərinin qulluqda olma müddəti Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən uzadıla bilər. Prokurorluqda qulluqda olma müddəti hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər. 65 yaşına çatmış işçilərin prokurorluqda qulluqda olma müddətinin uzadılmasına yol verilmir.
Dostlar, prokurorluq orqanlarında 60 yaşına çatmış əməkdaşlar, eləcə də rayon və şəhər prokurorları, idarə və şöbə rəisləri 20 illik üzQARAsı Zakir tərəfindən bir qayda olaraq tutduqları vəzifələrdən azad edilərək təqaüdə göndərilmişlər.
Lakin bu illər ərzində bir istisna olub: Yusif İldırımzadə. Qaralov 60 yaşını tamamlamış İldırımzadəni təqaüdə göndərməyərək hər il qulluqda olma müddətini uzadıb, 65-dək dalıyca sürümüşdür.
Fəqət günün birində Qaralov İldırımzadəni yola gətirmək üçün qəbul edir. Həmin zaman Baş prokurorun köməkçilərindən biri də şefinin xidməti kabinetində olur. İldırımzadə qəbula dəvət edilməsinin səbəbini duyduqda ayağa durub qışqırır:
-Əəə, “bir yer”in çatırsa, məni təqaüdə göndər!-söyləyib, oturduğu stula bir təpik də vurur, qapını var qüvvəsinə çırpıb, donquldana-donquldana xidməti avtomobilinə sarı tələsir.
Bədbəxt Zakir də Usubovun qorxusundan bir tədbir görə bilmir: qanuna və normasına məhəl qoymayaraq qoca İldırımzadənin daha 5 il prokuror kimi işləməsinə əngəl olmaqda acizlik nümayiş etdirir. Hərçənd ki, qanunun göstərdiyim maddəsinin tələbinə görə 65 yaş son həddir.
Beləliklə, istisna hal kimi 70 yaşınadək kresloya yayxanıb, fəaliyyət göstərən İldırımzadənin yüksək xidməti və şəxsi məziyyətləri, əvəzsiz və peşəkar istintaqçı kimi diqqətəşayan əlamətləri olsaydı, dərd yarı… Adam hüquq tərbiyəsi olmayan, hər fürsətdə tabeliyindəki gənc istintaqçıların nəinki özlərini, hətta ailə üzvlərini belə söyüb təhqir edən, nadan, cahil, rüşvətxor, korrupsioner biri kimi prokurorluq əməkdaşlarının yaddaşına həkk olunub.
İndi sual olunur, üzQARAsı fəaliyyətinə nəzarət etdiyi nazirin qudasını təqaüdə göndərməkdə aciz olubsa, uzun illər DİN-dəki xidməti kabinetində rahatcana əyləşib, mütəşəkkil cinayətkar dəstəyə rəhbərlik edən, serial qətllər törədən, adam oğurlayan Hacı Məmmədov barədə tədbir görə bilərdimi?!
Bu sual həm də cənab Prezidentə ünvanlanır.