Nardaran hadisələri ilə əlaqədar həbs edilmiş Müsəlman Birliyi Hərəkatının fəalı Abbas Hüseyn aclıq edir. Bu barədə Turan-a onun yaxınları bildiriblər.
Hüseyn karantin rejimi ilə əlaqədar məhbuslara evdən qida məhsulları gətirilməsinin qadağan edilməsinə etiraz edir. Məhbuslara verilən qida keyfiyyətsizdir. Həbsxana mağazasında satılan ərzaqlar isə bahalıdır və hər məhkum onları almaq imkanına malik deyil.
Amma Penitensiar Xidmətin mətbuat xidmətinin sədri Mehman Sadıqov Hüseynin aclıq etməsi barədə məlumatı təkzib edib. Onun sözlərinə görə, penitensiar müəssisələrdə heç kim aclıq etmir. O, həmçinin cəzaçəkmə müəssisələrində ərzaqların baha satılması haqqında iddiaları da təkzib edib.
Contact.az